Azərbaycanda yeni övlət rüsumu tətbiq ediləcək. FED.az xəbər verir ki, bu «Dövlət rüsumu haqqında» Qanunda ediləcək dəyişiklikdə nəzərdə tutulub.
Sənədə yeni “Konüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri” məzmunlu 33-6-ci maddə əlavə edilir. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılmasına görə 20 manat, könüllü dövlət genom qeydiyyatının aparılmasına görə 250 manat dövlət rüsumu müəyyən edilir.
Eləcə də bax: «Zəng edirlər ki, zaminliyimi ləğv edin, istəmirəm» - BANKİRLƏ MÜSAHİBƏ