Prezident İlham Əliyev Azərbaycanda 2018-ci il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib.
FED.az xəbər verir ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.
Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.