Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.
Eləcə də bax: “YAŞAT” Fondu şəhid ailələri və qazilərin 125 min manat borcunu - ÖDƏYİB
FED.az xəbər verir ki, indiyədək fondda 74 milyon 147 min 333,6 manat toplanıb.
Həmin vəsaitdən 23 milyon 492 min 742,53 manatı fiziki şəxslər, 50 milyon 654 min 591,07 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 63 113 952,8 manatı xərclənib.
Vəsaitin hazırki qalığı isə 11 033 380,8 manatdır.