FED.az xəbər verir ki, Yaponiyanın özəl şirkətlərində çalışmış 1,1 milyondan çox keçmiş işçinin pensiyalarının ödənilməmiş hissəsinin təxminən 260 milyard yen (1,8 milyard dollar) Yaponiya Milli Pensiya Fondunun idarəedici strukturunun hesabına toplanıb.
Eləcə də bax: Azərbaycanlılar Avstraliya və Yaponiyaya pul yatırmağa başlayıblar – 90 MİLYON DOLLAR
FED.az xəbər verir ki, bu barədə bu barədə araşdırma aparan «Yomiuri» qəzeti yazıb ki, 2017-ci ildən indiyədək bu məbləğ 1,5 dəfə artıb.
Pensiya qanunvericiliyinə görə, özəl şirkətlər mütəmadi olaraq vəsait ayırır və bu vəsaitlər sonradan işçilərinin dövlət pensiyalarına əlavə edilməlidir. Onların bir çoxu işdən çıxanda və ya başqa işə keçəndə bu vəsaitlərin işlənməsi üçün prosedurlar lazımi qaydada icra olunmurr, bununla əlaqədar avtomatik olaraq Milli Pensiya Fondunun hesabına köçürülür, saxlanmasına görə komissiya tutulur.
Nəşrin məlumatına görə, Milli Pensiya Fondu ildə bir dəfə bu şəxslərə ödənilməli pulun verilməsi xahişi ilə məktublar göndərir. Lakin nəşr qeyd edir ki, buna son dərəcə az sayda vətəndaş cavab verir.