Hazırda Dünyada mənfi faiz dərəcəsini tətbiq edən yeganə mərkəzi bank olan Yaponiya Mərkəzi Bankı (BOJ) bu mövqeyini qoruyub.
Yaponiyada nazirlər maliyyə qalmaqalına görə - İSTEFA VERDİLƏR
FED.az xəbər verir ki, Bank faizini mənfi 0,1 faiz səviyyəsində sabit saxlayıb. BOJ-ın qərarında mənfi faiz dərəcələrinin gələn il sona çatacağına dair mesajlar yer almayıb.
Kazuo Uedanın sədrlik etdiyi mərkəzi bank, mənfi faiz dərəcələrindən imtina etməzdən əvvəl maaşların inflyasiyanı daimi dəstəklədiyini görmək istəyir.
Bir müddət əvvəl, Uedanın parlamentdəki çıxışında ilin sonuna doğru işlərin çətinləşəcəyini söyləməsi mənfi faiz dərəcələrindən imtina ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olmuş və bu spekulyasiyalar nəticəsində Yapon valyutası yen dəyər qazanıb.
Qərardan əvvəl 142,64-dən ticarət edilən dollar/yen məzənnəsi kəskin yüksələrək 143,78-ə yüksəlib.
Qərar ilə əlaqədar press-relizdə müsbət faiz dərəcələrinə keçid olacağı barədə mesaj olmasa da, bazarlar bankın 2024-cü ilin aprelində mənfi faiz dərəcələrindən imtina edəcəyini qiymətləndirir.
Mənfi faiz dərəcəsi ilə pul siyasəti bazarı stimullaşdırmağa və əsas istehlakçı inflyasiyasını 2% səviyyəsinə çatdırmağa yönəlib. Son aylarda inflyasiya Yaponiya Mərkəzi Bankının hədəfini keçib, lakin yanvar ayında 4,2%-lik pik həddinə çatdıqdan sonra onun səviyyəsi tənzimləyicinin əvvəlcədən proqnozlaşdırdığı kimi azalmağa başlayıb və noyabr ayına qədər 2,9%-ə düşüb. (Marja)