Ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.
Azərbaycanda bankomatların və POS-terminalların - SAYI ARTIB
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2647 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 2017 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 627 milyon manatı POS-terminallar, 2,6 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52,4 faizini təşkil edib.