18 iyun 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 21 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%) və 94.3688 AZN (6.0001%) olan 25 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.7530 AZN (6.6999%), orta ölçülmüş qiyməti 93.8119 AZN (6.6326%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 milyon 962 min 800 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 16 iyun 2020-ci il.
Hərrac iştirakçıları 19 iyun 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.