290,6-dollar təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon 108 min 911,3-dollar və ya 81 faiz çoxdur. Bu barədə Mərkəzi Bankın dərc etdiyi statistik bülletendə qeyd edilir.
Eləcə də bax: Büdcəyə dəyişiklik dolları 1,7 manatda saxlamağa - İMKAN VERƏCƏK – AÇIQLAMA
Ötən dövrdə banklar tərəfindən əhalidən alınan nağd dollar isə 655 min 743,6-dollar təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz azdır.
Beləliklə, bu ilin 7 ayında banklar tərəfindən əhaliyə satılan nağd dollar artıb, əhalidən alınan nağd dolların həcmi isə azalıb. Bəs, banklar tərəfindən əhaliyə satılan nağd dolların artmasının səbəbi nədir və bu davam edə bilərmi?
FED.az xəbər verir ki, bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, banklar tərəfindən əhaliyə satılan nağd dolların artmasının səbəbi insanlarda devalvasiya gözləntisi ilə bağlıdır: “İnsanlar fikirləşirlər ki, neftin qiymətinin aşağı düşməsi, koronavirus pandemiyası ilə bağlı devalvasiya ola bilər və ona görə də aktivlərini manatdan dollara keçirirlər. Bu, arta bilər. Hələlik insanların bağlanan 4 bankda yerləşdirilən əmanətləri tam qaytarılmayıb. Bunun tez qaytarılmamasının səbəblərindən biri odur ki, insanlar çıxardıqları əmanətləri dərhal dollara çevirməsinlər”.
“Dünyada maliyyə sabitliyi bərpa olunmasa, neftin qiyməti sabitləşməsə, bizim əhalinin devalvasiyadan çəkinmə kontekstində dolların alışı arta bilər. Mən insanlara həmişə tövsiyə edirəm ki, son pullarını dollara çevirməsinlər. Çünki sonra onlara gündəlik tələbatlarını ödəmək üçün pul lazım olur və bu zaman da pulları olmur, məcbur qalırlar ki, həmin dolları manata çevirsinlər”, – deyə o qeyd edib.
Ekspert bildirib ki, qanunvericiliyə görə, kim nə qədər dollar istəyir, ala bilər: “Amma indi belə söhbətlər gəzir ki, guya 20 minlik hansısa limit müəyyən edilib və o limiti aşan insanları banklar sorğu-suala tutmağa başlayır. Halbuki 1993-cü ildə qəbul edilmiş “Varidata təminat verilməsi haqqında” Konstitusiya Qanunu var və orada yazılıb ki, hər kəs əmlakını, o cümlədən valyutasını heç kəsə izahat vermədən istifadə edə bilər. Həmçinin deyilənə görə, şəxs bankdan dollar alan zaman pulun mənbəyini göstərə bilmirsə, onun vəsaiti vergiyə cəlb edilir. Əgər şəxs bu vəsaitin əvvəlki illərin, ayların gəliri olduğunu və buna görə artıq vergi verdiyini də göstərsə, bu zaman həmin vəsait vergiyə cəlb edilmir”.
“İqtisadiyyat üçün dollarlaşma yaxşı hal deyil. İlk olaraq milli valyutamızın dövriyyəsinə, statusuna ziyandır. İnsanlar dolları alıb evdə saxlayırlarsa, istifadə etmirlərsə, bu da iqtisadiyyat üçün mənfi haldır”, – deyə o əlavə edib. (Sputnik)