Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nda dəyişiklik edib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, xarici maliyyə mənbələri hesabına xidmətlər göstərən QHT-lərin vəzifələri artırılıb.
Dəyişikliyə əsasən, həmin QHT-lər Maliyyə Nazirliyi ilə bərabər Ədliyyə Nazirliyinə də illik maliyyə hesabatları təqdim edəcəklər.