Bu ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 111,5 milyon manat vəsait daxil olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,8 milyon manat və ya 24,3% azdır. Ay ərzində daxil olmuş vəsaitlərin həcmində 0,3 milyon manat və ya 0,3% azalma baş verib.
Belə ki, 2024-cü ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 147,3 milyon manat daxil olub. Bir ay öncəsinə isə bu göstərici 111,8 milyon manat idi.
Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 319,7 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 145,5 milyon manat və ya 31,3% azalma. 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 465,2 milyon manat daxil olmuşdu.
Bununla yanaşı sürətli pul köçürmə sistemləri vasitəsilə aparılmış əməliyyatların sayı aylıq 16,8 min ədəd (6,6%) artsa da, illik 21 min ədəd (7,2%) azalıb və bu ilin mart ayında 271 min ədəd təşkil edib.
Bu ilin I rübündə aparılmış əməliyyat sayı 737,9 min ədəd təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 159,6 min ədəd, başqa sözlə 17,8% azdır.
Qeyd edək ki. sürətli pul köçürmə sistemləri vasitəsilə aparılmış əməliyyatların sayı bu ilin fevralında 254,6 min, ötən ilin mart ayında 292,4 min ədəd, ötən ilin yanvar-mart aylarında isə 897,5 min ədəd olub.