Maliyyə xidmətləri şirkəti olan "Western Union" bəyan edib ki, beynəlxalq pul köçürmələrində "ripple" kriptovalyutasının texnologiyasını sınaqdan keçirib.
FED.az, "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Western Union"la "ripple" arasında anlaşma ədilsə, 3-4 gün çəkən pul köçürmələrinin müddəti 4 saniyəyə enə bilər.
"Western Union"ın maliyyə direktoru Rac Aqraval (Raj Agrawal) bildirib ki, beynəlxalq pul köçürmələrinin asanlaşdırılması üçün "ripple" kriptovalyutasından istifadə planlaşdırılır. Qeyd edək ki, "Western Union" 2017-ci ildə milyardlarla dollarpul transferi həyata keçirib və 1,4 mlrd. dollar mənfəət açıqlayıb.
Blokçeyn texnologiyası vasitəsilə ənənəvi bankçılıqda 3-5 gün çəkən pul köçürmələri, çox qısa müddət ərzində həyata keçirilir. "Ethereum" kriptovalyutası üçün bu müddət 2 dəqiqədən bir az çox, "bitcoin"də bir neçə saat, "ripple"da isə 4 saniyə çəkir.
Mütəxəssislər, blokçeyn texnologiyası ilə maliyyə sistemində ciddi dəyişiklik gözləyir. Qeyd edək ki, bir neçə gün əvvəl mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşən beynəlxalq ödəniş sistemi "UAE Exchange" "riplle" ilə anlaşma imzalayıb.