Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib
FED.az xəbər verir ki, AQC-nin 8-ci Hesabat-Seçki Konfransı baş tutub. Konfrans çərçivəsində Cəmiyyətin İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının üzvlüyünə seçkilər keçirilib Səsvermə nəticəsində Vüqar Oruc növbəti dəfə AQC-nin idarə Heyətinin sədri seçilib.
Eyni zamanda Fərid Rüstəmov, Azər Niftiyev, Nail Həşimov, İbrahim Quliyev, Orxan Həsənov, Asif Yusubov, Xətai Teymurov, Rüfət Əliyev, Samir Nəsibov, Eldar Təhməzov AQC-nin İdarə Heyətinin üzvləri təyin olunub. Namiq Məmmədov, Emin Novruzov, Tural Bağırov isə Nəzarət-Təftiş Komissiyasının üzvləri seçiliblər.
Qeyd edək ki, bundan öncə 2022-ci ildə keçirilən AQC-nin 7-ci Hesabat-Seçki Konfransında Vüqar Oruc Cəmiyyətin İdarə Heyətinin sədri seçilmişdi.