Hesablama Palatası hesabat ilində Naxçıvanda 6 uyğunluq auditi həyata keçirib.
Naxçıvan Təhsil və Kənd Təsərrüfatı nazirliklərində audit aparılır - Nöqsanlar məlum olub
FED.az xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan Hesablama Palatasının 2023-cü il üzrə fəaliyyəti haqqında hesabat təqdim edərkən səsləndirib.
O diqqətə çatdırıb ki, Naxçıvanda aparılan audit yoxlamalarının nəticələrinə əsasən, pozuntuların məbləği 120 milyon manatdan çoxdur. Pozuntular əsasən əməkhaqqının ödənilməsi ilə bağlıdır. (Report)