Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekosistemin bərpası böyük resurs və zaman tələb edir.
Hesablama Palatası: Gənclər və İdman Nazirliyində bir sıra hallarda dövlət vəsaiti satınalma keçirilmədən xərclənib
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun (WGEA) Bakıda keçirilən illik toplantısında bildirib.
"2021-2024-cü illərdə həmin ərazilərin bərpasına dövlət büdcəsindən 10 milyard ABŞ dollarından artıq vəsait ayrılıb ki, bu da Palatanın qarşısında yeni vəzifələr müəyyən edir", - deyə o qeyd edib.
"Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır və təxmini hesablamalara görə ölkədə 1,5 milyondan çox partlamamış mina və döyüş sursatı var. Mina təhlükəsi işğaldan azad olunmuş ərazilərdən həm yaşayış, həm kənd təsərrüfatı, həm də ekosistemin bərpası məqsədilə istifadəsini mümkünsüz edib", - deyə sədr əlavə edib. (Report)