Azərbaycanda bəzi qurumlar arasında koordinasiya işi zəif təşkil edilir, məlumat bazaları arasında inteqrasiya təkmil deyil.
Hesablama Palatası ötən il 9 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-ya - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə aparılmış maliyyə və uyğunluq auditləri üzrə aşkarlanmış nöqsanları və onların yayılma dərəcəsindən asılı olaraq auditorların verdiyi rəyləri 3 istiqamətdə qruplaşdırmaq olar: "4 qurum üzrə müsbət və bütün meyarlara uyğunluqla bağlı rəy verilib. 19 qurum üzrə şərti müsbət və bəzi məsələlər istisna olmaqla hüquqi aktların tələb olması barədə rəy verilib. 13 qurum üzrə mənfi və bütün əhəmiyyətli aspektlərdə qanunvericilik əsasında müəyyən edilmiş meyarlara uyğun olmamaqla bağlı rəy verilib". (Report)