Tarif Şurasının ictimai nəqliyyatda gediş haqqının artırılması ilə bağlı qərarı 2023-cü il üçün inflyasiya proqnozuna ciddi təsir göstərməyəcək.
Metro və marşrut avtobuslarında - GEDİŞ HAQQI ARTIRILDI - MƏBLƏĞLƏR - RƏSMİ
FED.az xəbər verir ki,, bunu çərşənbə günü Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik). (Trend)