"Dolların ilin sonuna qədər 100 rubla qayıtması üçün əsas görmürəm, məzənnə 90 rubl ətrafında "üzəcək".
Reytinq agentliyi rubl ilə bağlı proqnozlarını - AÇIQLADI
FED.az xəbər verir ki, bunu VTB-nin rəhbəri Andrey Kostin bildirib.
Kostin qeyd edib ki, son vaxtlar rublun bir qədər bahalaşması bir neçə səbəbə, əsasən uçot dərəcəsinin artırılması və ixracatçılar tərəfindən valyuta satışı ilə bağlı inzibati tədbirlərə görə baş verib.
Eyni zamanda VTB-nin rəhbəri əlavə edib ki, gələcəkdə devalvasiya təhlükəsini görmür, məzənnə öz balansını tapmalıdır.
Onun fikrincə, rublun ucuzlaşmasının inflyasiyaya töhfəsi o qədər də böyük deyil. (Marja)