Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Rəşad Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti “Visa” təşkilatının MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş ilə görüşüb.
AMB-dan FED.az-a bildirilib ki, görüş çərçivəsində ictimai nəqliyyatda nağdsız ödənişlərin genişləndirilməsi, ağıllı şəhər və ağıllı kənd konsepsiyasının tətbiqi, eləcə də rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının qarşısının alınması kimi məsələlər müzakirə olunub.
Görüşdə, həmçinin qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilən və perspektivdə olan təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.