Visa və Azericard prosessinq mərkəzi Azərbaycanda rəqəmsal ödəniş həllərinin inkişaf etdirilməsi üçün tərəfdaşlıq müqaviləsi imzalayıb.
Eləcə də bax: E-PUL və VİSA sistemi LUKOİL müştəriləri üçün - QR ÖDƏNİŞ İMKANI YARATDI
FED.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində Visa və Azericard rəqəmsal emissiyanın inkişafı və geniş istifadəçi kütləsi üçün innovativ rəqəmsal ödəmə həllərinin yaradılması üzərində işləyəcəklər.
"Belə əməkdaşlıq Azərbaycanda mövcud rəqəmsal xidmətlərin çeşidini genişləndirəcək və iqtisadiyyatın rəqəmsallaşmasına təkan verəcəkdir",- Visa-nın yaydığı məlumatda bildirilir.
“Yeni nəsil rəqəmsal ödənişlərin təşviqində "fintech" cəmiyyətini və tərəfdaşlarımızı dəstəkləmək Visa üçün strateji prioritetdir. Azericard ilə tərəfdaşlıq Azərbaycanda ödəmə ekosisteminin inkişafı üçün geniş perspektivlər açır və istehlakçılar üçün ən uyğun olan yeni rəqəmsal xidmətlər yaratmağımıza imkan verir”,- "Visa" beynəlxalq kart təşkilatının Qafqaz üzrə regional meneceri Kristina Doroş deyib.
“Visa ilə tərəfdaşlıq müqaviləsinin imzalanması bazar üçün misilsiz bir hadisədir və Azericard-ın Azərbaycanın kart texnologiyaları bazarında liderlik statusunun daha bir təsdiqidir. Rəqəmsal ödəmə texnologiyalarının inkişafı üzrə birgə işlər təmassız nağdsız ödənişlərin inkişaf tempinin artmasına, istifadəçilər üçün təhlükəsizlik və rahatlıq səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına kömək edəcək, eyni zamanda nağdsız ödənişlər bazarındakı bütün oyunçular üçün yeni bir göstəriciyə çevriləcək", - "Azericard" MMC-nin baş direktoru Fərid Quliyev bildirib. (Marja)