“Visa” beynəlxalq ödəmə texnologiyası şirkəti Azərbaycanda təmassız (contactless) kartların ödəmə limitini 30 manat yaxud 60% artırıb.
Eləcə də bax: "Çay pulu" da kartla ödənilənəcək - AZƏRBAYCANDA YENİLİK
FED.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, qeyd edilən limit 50 manatdan 80 manata çatdırılıb.
Məsələ ilə bağlı şərh verən “Visa” şirkətinin Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroş deyib ki, Azərbaycanda 30%-ə qədər ödənişlər təmassız kartlar vasitəsi ilə aparılır:
“Kontaktsiz ödənişlərin üstünlüyü ilk növbədə onların sürətli olması, rahatlığı və sadəliyindədir. Azərbaycanda aparılan əməliyyatların 27%-dən çoxu artıq təmasız ödəniş vasitələrindən istifadə etməklə həyata keçirilir və biz başa düşürük ki, indi bu ödəmə növü daha çox tələb olunur. Buna görə “Visa” insanlar üçün ən uyğun dəyişikliklər edir".
Qeyd edək ki, təmassız ödəniş zamanı POS-terminallarda PİN-kod yığılması tələb olunmur.
Xatırladaq ki, “Visa” və “MasterCard” Azərbaycan kommersiya banklarından 2019-cu ilin aprelindən etibarən buraxılan plastik kartlarda təmassız ödənişlərin mümkün olması ilə bağlı tələb irəli sürüb. Hesablamalara görə, 2022-ci ilin əvvəlindən artıq bütün plastik kartlarda təmassız ödəniş funksiyası olacaq.
Report