Vikipediyanı çox güman ki, internetdə bir şeylər araşdıran zaman dəfələrlə ziyarət etmisiniz. Dünyanın ən böyük internet ensiklopediyası hər keçən il məlumatların doğruluğu və tərəfsizliyi mövzusunda dünya səviyyəsində sərt tənqidlərə məruz qalır. Məsələn Türkiyədə jurnalist yazıçı Murat Bardakçı Vikipediyada səhv məlumatlar olduğunu və bu mənbənin tələbələrin akademik göstəricilərinə mənfi təsir etdiyini düşünür. Bu səbəblə də Vikipediyanın Türkiyədə qadağan olunmasını müdafiə edir.
Vikipediyada olan məlumatların düzgünlük və tərəfsizliyi uzun bir müddətdir müzakirə mövzusudur. Lakin Vikipediya ilə əlaqədar müzakirə edilən tək mövzu yalnız bununla məhdud deyil.
Vikipediya tərəfsizliyini qorumaq, reklam almamaq və nəşrləri davam etdirə bilmək üçün hər il müəyyən dövrlərdə ianə yığır. Vikipediyaya ianə yığmaq mövzusundakı tənqidlər, ümumiyyətlə Vikipediyanın bağlı olduğu Wikimedia fondunun hər il daha çox zənginləşdiyini
Buna baxmayaraq Vikipediya əvvəlki illərə görə hər il yığdığı ianə miqdarlarını artırır. Ötən il hər il olduğu kimi Vikipediyanın arxasındakı qeyri-kommersiy
Vikipediyanın ianə yığması hər nə qədər tənqid olunsa da ayda təxminən 15 milyard səhifəyə daxil olunur ki bu da öz növbəsində böyük bir xərc meydana gətirir. Digər tərəfdən fond işçilərə də maaş ödəyir. Vikipediyanın ianələrdən əldə etdiyi gəlirlər qədər xərcləri də var. Məsələn məlumatlara görə keçən il fondun 65.9 milyon dollar xərci olub. Bu məbləğın yarısından çoxu işçilərin maaşlarını ödəmək üçün istifadə edilib.