Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması və onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən mütəmadi tədbirlər çərçivəsində Kürdəmir rayonunda vətəndaşlarla səyyar görüş keçirilib.
Mərkəzi Bank: "İstehlak kreditindən çəkinmək lazım deyil - HƏR ŞEY NƏZARƏTDƏDİR"
Kredit müddəti hansı hallarda uzadıla bilər? - VİDEO
AMB-dən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, vətəndaşların müraciətləri əsasən kredit götürmə və zaminlik şərtləri, kredit müqaviləsi üzrə qoyulmuş öhdəliklərə güzəştlərin tətbiqi, akseptsiz tutulma, həmçinin sığorta ödənişinin verilməsindən imtina məsələləri ilə bağlı olub.
Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların müraciətlərinə fərdi qaydada baxılıb və onlara qanunvericiliyə uyğun atıla biləcək addımlara dair məlumat verilib.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlərlə bağlı əlavə sual, təklif və müraciətlərini www.contact.e-cbar.az elektron müraciətlər sistemi vasitəsilə Mərkəzi Banka ünvanlaya və ya “966” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.









