Maliyyə

Vergilərin 92%-ni könüllü ödəyirlər – MİKAYIL CABBAROVDAN AÇIQLAMA

Vergilərin 92%-ni könüllü ödəyirlər – MİKAYIL CABBAROVDAN AÇIQLAMA | FED.az
11:54 13 İyun 2019
Azərbaycanda vergi daxilolmalarının 92 faizi könüllü vergı ödəmələrin payına düşür. FED.az xəbər verir ki, bunu Vergilər Naziri Mikayıl Cabbarov bu gün kecirilən V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumunda bildirib. 

ELƏCƏ DƏ BAX: QHT əməkdaşlarına hansı hallarda - VERGİ GÜZƏŞTİ EDİLMİR?


Onun sözlərinə görə, hazırda əsas problemlər kölgə iqtisadiyyatı, haqsız rəqabət və qeyri-qanuni biznesdir. 
Nazir həmçinin qeyd edib ki, 2020-ci ildə böyük dəyişikliklər olmasa da, amma müəyyən mövzularda vergi qanunvericiliyinə dəyiikliklər olacaq. Həmcinin Mikayıl Cabbarov çıxışı zamanı qeyd edib ki, iyunun 1-nə olan məlumata görə, özəl qeyri-neft sektorunda 66 min yeni əmək müqaviləsi qeydə alınıb.

Digər xəbərlər