Bir qədər əvvəl rəhbərliyi dəyişmiş Vergilər Nazirliyinin fəaliyyətində ciddi dəyişikliklər başlayır.
FED.az-a nazirlikdən verilən məlumata görə, gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparıllacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır. Tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.
Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.
Vergilərdə böyük dəyişikliklər olacaq – YENİ QAYDALAR
10:53
5 Fev 2018