Vergilər Nazirliyi fərqli kateqoriyada olan sahbkarlara fərqli yanaşma tətbiq edəcək. FED.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov nazirlikdən keçirilən kollegiya iclasında bildirib. Nazir bildirib ki, iri, orta və kiçik sahibkarlıq subyektləri ilə iş prinsipləri təkmilləşdirilməlidir və vergi administrasiyasının əsas vəzifələrindən biri hər bir kateqoriyadan olan vergi ödəyicilərinə fərdi yanaşmalar tətbiq etməkdir.
Eləcə də bax: Vergilər Nazirliyində iclas - MİKAYIL CABBAROV KONKRET TAPŞIRIQLAR VERİB
İri vergi ödəyiciləri ilə iş prinsipində geniş analitik təhlilə və risklərin qiymətləndirilməsi sisteminə əsaslanan siyasətin yürüdüləcək, elektron auditin tətbiqi siyasətinə üstünlük veriləcək.
Orta sahibkarlıq subyektlərinə münasibətdə “kölgə iqtisadiyyatı”nın elemetlərinin aradan qaldırılmasına diqqət yetiriləcək.
Eləcə də bax: “Exchange” açmaq üçün 50 min manat tələbi bu işə marağı azaldır
Kiçik sahibkarlara münasibətdə isə dürüst və şəffaf vergi uçotunun formalaşdırılmasının təmin olunmasına, sahibkarlıq subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə, xidmət sektorunun genişləndirilməsi və maarifləndirmənin aparılmasına üstünlük veriləcək.
Bundan başqa, iclasda bildirilib ki, kiçik sahibkarlar arasında könüllü əməletmə səviyyəsini yüksəltmək məqsədilə onların təqdim etdiyi hesabatlılıq sisteminin sadələşdirilməsinə ehtiyac var.
Eləcə də bax:Azərbaycanda Vergi Ombudsmanı institutu yaradılır - YENİLİK