İyun ayının 14-də Vergilər nazirinin müavini Sahib Ələkbərov İmişli şəhərindəki Vergi ödəyicilərinə xidmət mərkəzində İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
ELƏCƏ DƏ BAX: Nazirlik vergi ödəyicisinin öz fəaliyyətini dayandırması qaydalarına aydınlıq gətirdi
Qəbulda vergi qanunvericiliyinin tətbiqi, sahibkarlıq subyektlərində uçotun aparılması və şəffaflaşma prosesində qarşıya çıxan çətinliklər, vergilərin hesablanması və ödənilməsi, e-qaimələrdən istifadə zamanı yaranan suallar, maliyyə sanksiyaları, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işlə təminat, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.
Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.