Vergilər naziri Mikayıl Cabbarov 2019- cui ildə vergi siyasətində baş verəcək dəyişikliklərdən barədə danışıb.
Nazir Milli Məclisdəki çıxışında qeyd edib ki, növbəti il sahibkarlığın inkişafının dəstəklənməsinə, özəl investisiyaların təşviqinə xidmət edəcək: “Bu məqsədlərə nail olmaq üçün bərabər şərtlər və vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi təyin edilib. Qeyri-neft sektorunda tətbiq ediləcək güzəştlər də buna yönəlib.
Əsas meyarlar vergidən yayınmanın azaldılması, uçot bazası, mal dövriyyəsinin sənədləşdirilməsi, vergi tutma rejiminin təkmilləşdirilməsi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərənin gücləndirilməsidir. İqtisadiyyatımızın bir sıra sahələrinə vergi güzəştləri tətbiq olunur. Beləliklə, son istiqamət vergi və vergi yığımının inzibatçılığının təkmilləşdirilməsidir.
Bu problemlərin həlli üçün vergi siyasətində beş istiqamət müəyyənləşib. Bunlar kölgə iqtisadiyyatının azaldılması, vergi tutma bazasının təkmilləşdirilməsi, geniş vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının genişləndirilməsidir”.