Vergilər nazirinin müavini İlkin Vəliyevin Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri xanım Nataliya Tamirisanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
ELƏCƏ DƏ BAX : Dövlət büdcəsi dəyişdirilir - QANUN LAYİHƏSİ - TAM MƏTN
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, görüşdə Azərbaycanın vergi sistemində aparılan islahatlar müzakirə edilib, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.