Ötən həftədən başlayaraq vergi ödəyiciləri vergi borcuna görə ölkədən çıxışa məhdudiyyət qoyulacağı barədə Vergilər Nazirliyi tərəfindən SMS xəbərdarlıqlar almağa başlayıblar.
Bu barədə FED.az-a vergilər üzrə ekspert Vəli Əliyev bildirib. Onun sözlərinə görə, bu SMS-lər vergi borcunun məbləğindən asılı olmayaraq bütün vergi borcu olanlara göndərilir: «Vergi borcu hətta 10 manat, 1 manat olanlara da SMS gəlir. Yəni burda məhdudiyyət yoxdur».
V.Əliyev deyir ki, bu SMS sadəcə xəbərdarlıqdır. Ölkədən çıxışa isə yalnız məhkəmə qaydası ilə qadağa qoyla bilər. Bunun üçün Vergilər Nazirliyi borculu şəxsi məhkəməyə verir və məhkəmə buna icazə verdikdən sonra qadağa qoyulur.
V.Əliyev onu da qeyd etdi ki, onun təcürbəsində ən çox bir neçə min manatdan sonra vergi borcu olduqda, bunla bağlı məhkəməyə müraciət edilir. Məsələn, əgər şəxsin dövlət büdcəsinə 10 manat borcu varsa, bu şəxsi məhkəmə verilmir, borc, məsələn, 2 min manat olduqda isə artıq səni məhkəmə gözləyir.
Vəli Əliyev FED.az-a onu da bildirdi ki, borclar 2 yerə bölünür: mübahisəli və mübahisəsiz borclar. Mübahisəli borclarda əgər əvvələr bunula bağlı məhkəməyə müraciət olunubsa, yenidən borca görə sizi nazirlik məhkəməyə veribsə bu zaman sizin ölkədən çıxışınıza qadağa qoya biməzlər: «Çünkü borc silinə bilər. Bunun üçün sizin sadəcə əvvələr bununla bağlı mövcud məkəməyə müraciət sənədlərini təqdim etməyiniz lazımdır».
Mübahisəsiz borclarda isə məhkəmə ödəyicinin ölkədən çıxışına qadağa qoya bilər: «Çünkü məsələnin mübahisəsiz olması, ödəyicinin həqiqətən də dövlət büdcəsinə borcunun olduğunu göstərir».