Xəbər verildiyi kimi, Venesuelada ciddi siyasi böhran başlayıb. FED.az xəbər verir ki, yanvarın 23-də parlementin rəhbəri Xuan Quaido özünü prezident elan edib, ölkənin seçilmiş prezidenti Nikolas Maduro isə əksinə, onun özünü qanunsuz elan edib. Yeni prezidenti ABŞ Kanada və bəzi digər ölkələr tanıyıb. Digər ölkələr isə Maduronu dəstəkləyir. Məsələnin siyasi tərəfi ilə bağlı iqtisadi cəhəti də var. Venesuela dünyanın ən byöük neft ölkələrindən biridir.
Bəs bu böhrandan qazanmaq olarmı?
Ekspertlər bildirir ki, investorlar bu böhran vasitəsilə həm neft həm də istiqraz bazarından qazana bilərlər.
Eləcə də bax: Rusiyada senator iclas zalında həbs olundu
Neft bazarı
EXANTE şirkətinin partnyoru Aleksey Kirienkonun fikrincə, Venesuelada qarşıdurmanın güclənməsi və davam etməsi neftin qiymətinə ciddi təsir edəcək: «Əksər hallarda neft-qaz ehtiyatları böyük olan ölkələrdəki geosiyasi gərginlik qiymətləri artırır, çünki bu zaman enerji daşıyıcalarının nəqli ilə bağlı risklər ortaya çıxır».
İstiqrazlara yatırım
Böhrandan qazanmağın digər yolu Venesuelanın dövlət istiqrazlarına yatırım etməkdir. Maduro ilə yanaşı, ölkəyə alternativ şəxsin rəhbərlik etməsi bazarlar tərəfindən müsbət qiymətləndirilib. NƏticədə Venesuelanın övlət istiqrazlarının birja qiyməti nominalın 20%-dən 30%-ə yüksəlib. Ümumiyyətlə, ekspertlər hesab edir ki, ABŞ tərəfindən dəstəklənən namizədin Venesuela rəhərliyinə gətirilməsi istiqrazları daha da bahalaşdıracaq: «Bununla yanaşı, belə mürəkkəb iqtisadi-siyasi vəziyyəti olan ölkəyə istənilən investisiya həddən artıq risklidir».
Burada bütün sahələr risklidir
«Waves» şirkətinin birja analitikası şöbəsinin rəhbəri Leonid Matveyev isə bildirir ki, Venesuelada vəziyyət çox qeyri-müəyyəndir: «Yeni hökumət ölkənin bu uzun çəkən böhrandan çıxarada bilər, ya bu böhranı daha da dərinləşdirə bilər. Ona görə də bu ölkəyə bütün yatırımları yüksək riskli saymaq olar.
Neft müəssisələrinin kağızları
Prezident dəyişikliyi olsa, yeni hökumət ABŞ-la əməkdaşlığa meylli olacaq. ABŞ isə ilk növbədə neft bazarı ilə maraqlandığına görə, Venesuelada mədənçıxarma sənayesinin inkişafını gözləmək olar. Yəni bu sahəyə yatırımlar özünü doğrulda bilər. Bura həmin sayə aid bondlar aiddir.
Venesuela kriptovalyutası – Petro
Venesuelanın bir qədər əvvəl buraxdığı dövlət kriptovalyutası – Petro ilə vəziyyət isə ümumiyyətlə acınacaqladır. Onun qiymətinin artması ümumiyyətlə gözlənilmir. Hazırda onsuz da kriptovalyuta bazarında böhrandır, belə vəziyyətdə kriptovalyutalara, üstəlik də belə böhranlı ölkənin elektron puluna maliyyə yatırmaq istəyən çətin tapılsın.
Daşınmaz əmlak