Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.
Valyuta dəyişmə məntəqəsi - "Exchange" açmaq bir az da - ÇƏTİNLƏŞƏCƏK - YENİ QANUN
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq.
Ərizə müvafiq qaydada tərtib olunmalıdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.