2023-cü ilin fevral ayında Mərkəzi Bankda keçirilmiş 8 valyuta hərracında banklara 356,5 milyon dollar satılıb.
Ötən il Mərkəzi Bankda - 99 VALYUTA HƏRRACI KEÇİRİLİB
FED.az xəbər verir ki, cari ilin yanvar ayında keçirilmiş 8 valyuta hərracından 6-sında banklara 188,6 milyon dollar satılmışdı. 2 valyuta hərracında banklar tərəfindən sifariş təqdim edilməmişdi.
Beləliklə, hərraclarda valyuta satışı yanvar ayı ilə müqayisədə fevral ayında 1,9 dəfə və ya 167,9 milyon dollar artıb.
2023-cü ilin yanvar-fevral aylarında valyuta valyuta hərraclarında cəmi 545,1 milyon dollar məbləğində satışlar olub.
Mərkəzi Bankda təşkil edilən valyuta hərracında valyuta satışı Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən həyata keçirilir. (Marja)