Xəbər verdiyimiz kimi, bu gün yanvarın 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun (DNF) da iştirakı ilə növbəti valyuta hərracı baş tutub.
FED.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu dəfə hərraca ümumilikdə 55 milyon dollar çıxarılıb. Ancaq hərracda dollara tələb bundan az olub. Ona görə də məzənnə çox da yüksək olmayıb. Beləliklə, bu günki valyuta hərracında banklara 42 milyon 300 min dollar satılıb. Hərraca daxil olan sifarişlərin sayı da azalıb. Ümumilikdə 11 sifariş daxil olub. Onların satış məzənnəsi 1.7000-1.7001 aralığında olub.
Qeyd edək ki, dekabr ayında hərraclarda ümumilikdə 516 milyon 500 min dollar satılıb. Xatırladaq ki, yanvarın 4-də baş tutan hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşıb.
Valyuta hərracında məbləğ artdı, tələb azaldı
13:53
4 Yan 2018