Beynəlxalq Valyuta Fondu Azərbaycanda qeyri-neft-sektorundan gəlirlərin artırılması və xərclərin azaldılması üçün hökumətə, biznes üçün vergi tətillərinin və vergi güzəştlərinin ləğvini təklif edir.
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun missiyasının Bakıya səfərinin (may-iyun) nəticəsi olaraq hazırlanan qeydlərdə bildirilir.
Fondun missiyası qeyd edir ki, ölkə iqtisadiyyatı qarşısında əsas problem və gələcək risk kimi - iqtisadiyyatın kifayət qədər şaxələnməməsi və ölkənin neft gəlirlərindən hələ də çox asılı olmasıdır.
Fond hesab edir ki, Azərbaycanın neftdən asılılığını azaltmaq və qoyulan hədəfə nail olmaq üçün qeyri-neft kəsirini hər il ÜDM-nin 1,5%-i həmcində azalmalıdır. Bu – çətin dövrlər üçü ehtiyat yaratmağa imkan verə bilər.
Bundan başqa, qeyri neft gəlirlərini artırmaq üçün hökmət (1) ayrı-ayrı sahələr üçün vergi tətilləri və (2) gürci güzəştlərini azaltmaqla vergi bazasını genişləndirə, eləcə də (3) gəlir vergisi və (4) əmlak vergisi sistemində islahatlar apara bilər.
Xərclərə gəlincə, fondda hesab edirlər ki, ölkədə əmək haqqı və digər xərclər qeyri-neft ÜDM-nin artımına uyğun şəkildə artmalıdır. Son illər (2019-2021) maaşların sürətli artımını nəzərə alanda isə, bundan sonra «maaşların artımı inflyasiya dərəcəsini keçməməlidir»-deyə fondda hesab edirlər. Fond hökumətə subsidiyaları azaltmağı və enerji daşıyıcılarının qiymətini tədricən artırmağı məsləhət görür.
Həll edilməli əsas məsələlər kimi isə Fond korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini qeyd edir. Bildirilir ki, korrupsiyaya qarşı ən həssas sahələr müstəqil məhkəmə sistemi, dövlət satınalmaları və hasilat sənayesidir.
Valyuta Fondu hesab edir ki, bu il Azərbaycanda iqtisadi artım 3,8%, qeyri neft sektorunun inkişafı 5,5% təşkil edəcək. 2023-cü ildə isə iqtisadi artımın 2,1%-ə enməsi gözlənilir – bu neft hasilatının tədricən azalması ilə bağlıdır. Fondun fikrincə, inflyasiyanı hədəf diapazonuna (illik 2-4%-ə) yaxınlaşdırmaq üçün pul kredit siyasətinin sərtləşdirilməsi tələb olunur,
Beynəlxalq Valyuta Fondunun missiyası hesab edir ki, hökumət neft gəlirləri nəticəsində büdcədə baş verən «yumşalmanı» ərzağın bahalaşmasının əhalinin kasıb təbəqələrinə təsirini azaltmaq üçün istifadə edə bilər – Fond ünvanlı sosial yardımın ünvanlılığını yaxşılaşdırmaqla bağlı hökumtin planlarını alqışlayıb.
«Neft gəlirlərinin yüksək olduğunu və xərclərin intizamlı olduğunu nəzərə alanda hökumətin imkanı var ki, Ukraynadakı və digər hasdisələr nəticəsinldə ərzağın bahalaşmasının əhaliyə təsirini azaltsın»-deyə məlumatda bildirilir.
Fond xatırladıb ki, hökumət ərzağın bahalaşmasınnı azaltmaq üçün taxılı ƏDV-dən azad edib.