Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna hökumətinə yardımları davam etdirmək üçün rəsmi Kiyevdən milli valyuta olan qrivnanı devalvasiya etməsin tələb edib.
FED.az biznes və maliyyə xəbərləri portalı «Bloomberg»ə istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna Milli Bankına kreditlə bağlı danışıqlardan əvvəl milli valyutanı devalvasiya etmək üçün təzyiq göstərir.
BVF hesab edir ki, qrivnanın idarə olunan devalvasiyası yerli valyutada ifadə olunan büdcə gəlirlərini artırmaqla ölkənin çətin maliyyə vəziyyətini yaxşılaşdırmağa kömək edəcək.
Xatırladaq ki, hazırda aktual məzənnəyə əsasən 1 ABŞ dolları 42 qivnaya bərəbərdir.
Ukrayna Milli Bankı inflyasiya riskləri və əhalinin narazılığına görə belə bir addımın əleyhinədir.
Xatırladaq ki, Ukrayna BVF-dən 2023-cü ildə razılaşdırılmış 15,6 milyard dollarlıq yardımın əsas hissəsini alıb və hazırda iki tərəf 8 milyard dollar məbləğində yeni kreditlə bağlı danışıqlar aparır.
Fondun rəhbəri Kristalina Georgiyeva Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün yeni kredit paketini müzakirə etmək üçün Kiyevə səfər etməyi planlaşdırır, onun ölkəyə sonuncu səfəri 2023-cü ilin fevralında olub.
Valyuta Fondu Ukraynanı inandırmağa çalışır ki, devalvasiya büdcə gəlirlərinin nominal ifadədə artmasına gətirib çıxara bilər, çünki Ukraynanın xaricə ixrac müqavilələri xarici valyutada bağlanıb.
Amma Ukrayna tərəfi iqtisadiyyata potensial zərər səbəbindən BVF-nin təklifini qəbul etmir. Agentlik izah edir ki, Ukraynanın büdcəsi birbaşa beynəlxalq yardımdan çox asılıdır və devalvasiya inflyasiyaya təkan verə bilər.












