Beynəlxalq Valyuta Fondu (BVF) Gürcüstan üçün təsdiqlədiyi ümumi 448 milyon dollarlıq kreditin 200 milyon dollarlıq qisimini köçürəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, koronavirusunun yayılması səbəbindən BVF-nin dəstəyini alan 3,7 milyon əhalisi olan Gürcüstanda, ümumi yoluxma sayı 582, ölənlərin sayı 8 nisbətində azdır.
Beynəlxalq Valyuta Fondunu açıqlamasında, koravirusunun yayılması səbəbiylə ölkədə tədiyyə balansının artırılması və büdcə problemlərinin həlli üçün istifadə ediləcəyi bildirilib. “Reuters”in hesabatına görə, BVF Gürcüstana əlavə 448 milyon maliyyə mənbəyi verməyi təsdiqləyib.
BVF-nin açıqlamasına görə, epidemiyanın Gürcüstan iqtisadiyyatına ciddi təsir göstərəcəyi gözlənilir. BVF-nin maliyyə dəstəyi sağlamlıq və sosial təminat xərclərinin artırılması üçün lazım olan mənbəyə töhfə olacaqdır. Fond Gürcüstan iqtisadiyyatının 2020-ci ildə 4 faiz azalacağını gözləyir.