Bu gün Bakıda ilk dəfə olaraq keçirilən “Baku Fintech Forum 2023” tədbirinin sponsorlarından biri də “United Payment” şirkəti olub.
FED.az xəbər verir ki, forumda “United Payment” şirkətinin icraçı direktoru Edqar Abdullayev “Fintek Start Up-ların İnkişafı” mövzusuna həsr olunmuş paneldə əsas spikerlərdən biri kimi geniş təqdimatla çıxış edib.
E.Abdullayev çıxışında “United Payment” şirkətinin bütün “Start Up”ların dostu kimi uğurlu “Fintech As A Service” xidmət modelinin uğurlu tətbiqi haqqında danışıb. Mövzu çərçivəsində qardaş Türkiyənin “TURAN” adlı cüzdan xidmətinin təşkili və türk dünyasının yeni maliyyə aləti olması yolunda “United Payment” şirkəti ilə birgə keçdiyi uğurlu yol haqqında qonaqları məlumatlandırıb.
Qeyd edək ki, “United Payment”in əsas məqsədi, yeni qəbul olunmuş qanun çərçivəsində lisenziya aldıqdan sonra, qardaş Türkiyə Cumhuriyyətində tətbiq olunan uğurlu iş ortaqlıqlarının Azərbaycanda da tətbiq olunması istiqamətində uğurlu addımlar ataraq ölkənin ödəniş ekosisteminə dəyər qatmaqdır.
Xatırladaq ki, “Bakı Fintech Forum 2023” ölkədə fəaliyyət göstərən maliyyə institutları ilə yanaşı beynəlxalq maliyyə isntitutlarının cəlb edildiyi ilk regional xarakterli fintex forumudur.