Bu gün İstanbulda “United Payment” şirkətinin premium sponsorluğu ilə “Istanbul Fintech Week-2023” beynəlxalq tədbiri işə başlayıb.
FED.az xəbər verir ki, 14 aprel tarixinədək davam edəcək beynəlxalq tədbirə bir çox ölkələrin tanınmış maliyyə təşkilarının nümayəndələri qatılıb.
Tədbir zamanı çıxış edən iştirakçılar tərəfindən “bankların maliyyə xidmətləri sahəsindəki çevik dəyişiklikləri”, “rəqəmsal bankçılıq”, “Təhlükəsiz və rəqəmsal maliyyə”, Təhlükəsiz kripto”, yerli bazalı maliyyə innavasiyaları və digər mövzular müzakirə ediləcək.
Qeyd edək ki, tədbirdə Azərbaycanı “United Payment” MMC-nin icraçı direktoru Edqar Abdullayev təmsil edir.