UNEC-in Bloomberg Maliyyə Laboratoriyası 2024-cü il üçün manatın məzənnəsi ilə bağlı proqnozu açıqlayıb.
FED.az xəbər verir ki, UNEC-in proqnozuna görə, Mərkəzi Bankın son hərraclarında dollara olan tələbin azalması və rəsmi rezevr ehtiyatının artaraq, 11613 milyon dollara çatması 2024-cü ildə manatın məzənnəsinə təhdid olmadığını göstərir.