Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket zərbələri və geosiyası gərginləşmə səbəbindən Rusiya rublu dolar qarşısında zəifələməyə başlayıb.
FED.az xəbər verir ki, bu gün dollar rubl qarşısında 2 rubl və ya 3,42% bahalaşaraq 63 rublu keçib. Dolların məzənnəsi iyulun 7-dən sonra ilk dəfədir ki, bu səviyyəni keçir.
Mənfi dinamika fond bazarında da müşahidə edilir. Moskva Birjasında indekslər 9% azalaraq 2000-idən aşağı düşüb. Rusiyanın «Promsvyazbank»ının ekspertləri güman edir kİ, bundan sonra doların məzənnəsi 62-65 rubl arasında dəyişəcək.
«Sankt-Peterburq» bankının analitiki Viktor Qriqoryev isə dolların məzənnəsinin tezliklə sabitləşəcəyini və 59,7–61,5 aralığına qayıdacağını bildirib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.