Ukraynada dolların məzənnəsi tarixi maksimuma çatıb.
FED.az xəbər verir ki, Ukrayna tarixində ilk dəfə olaraq dollar 37 qrivnaya kimi bahalaşıb.
Ukrayna Milli Bankı (NBU) tarixdə ilk dəfə dolların rəsmi məzənnəsini 37 qrivnadan yuxarı qaldırıb. NBU-nun məlumatına görə, dekabrın 14-nə dolların məzənnəsi 37,02 qrivna, avro 39,92 qrivna səviyyəsində müəyyən edilib.
“Payızın əvvəlində valyutadəyişmə məntəqələrində bir dolların qeyri-rəsmi məzənnəsi 43 qrivnaya çatmışdı. Analitiklər proqnozlaşdırırlar ki, il ərzində orta məzənnə bir dollar üçün təxminən 40 qrivna olacaq”, - agentlik qeyd edib.
Oktyabrın 3-də Ukrayna tənzimləyicisi çevik qrivna məzənnəsinin tətbiqini elan edib. Eyni zamanda Milli Bank qrivnanın dollara nisbətdə rəsmi məzənnəsini qaldırıb.
Bankın planlarına görə, o, yerli valyutanın məzənnəsini saxlamağa, “struktur valyuta kəsirini” kompensasiya etməyə və qrivnanın məzənnəsində əhəmiyyətli dalğalanmaların qarşısını almağa ümid edirdi.
Amma artıq oktyabrın 5-də məlum olub ki, Ukrayna sakinləri qrivnanın çökməsindən ehtiyat edərək kütləvi şəkildə dollar almağa başlayıblar.