Ukraynada yerli valyuta olan qrivnanın dollar qarşısında ucuzlaşmasından sonra əhali banklardakı pullarını çıxarır, və ya əllərindəki qrivnanı isə dollara çevirirlər.
FED.az xəbər verir ki, iyulun ortalarından etibarən Ukraynada dollar yenidən bahalaşmağa başlayıb, nəticədə ona qədər 1 dollar 36 qrivna məzənnəsi artaraq 1 dollar üçün 41 qrivna olub.
Son 11 ayda qrivna dollar və avro qarşısında 25% dəyər itirib.