Ukrayna Milli Bankı (mərkəzi bankı) faiz dərəcəsini yenidən 25% səviyyəsində saxlayıb.
Ukrayna Milli Bankının xalis beynəlxalq ehtiyatları - 12%-DƏK AZALIB
FED.az xəbər verir ki, bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
"Ukrayna Milli Bankı uçot dərəcəsini 25% səviyyəsində saxlayıb. Həmçinin mərkəzi bank banklar tərəfindən məcburi ehtiyatların formalaşdırılması normalarını artırmağa davam edəcək", - press-relizdə deyilir.
Ukrayna Mərkəzi Bankının məlumatına görə, bu, qrivnadakı aktivlərin cəlbediciliyinin daha da artmasına, məzənnə sabitliyinin qorunmasına və inflyasiyanın tədricən azalmasına kömək edəcək.
İyulun 21-də Milli Bank milli valyutanı devalvasiya edib - dolların rəsmi məzənnəsini 25% artıraraq 36,6 qrivnaya çatdırılıb. Mərkəzi Bank qərarını, ölkə iqtisadiyyatının fundamental xüsusiyyətlərini və dünyada dolların möhkəmlənməsi ilə izah etmişdi. Eyni zamanda, tənzimləyici proqnozun baza ssenarisinə əsasən, uçot dərəcəsinin ən azı 2024-cü ilin ikinci rübünə qədər 25% səviyyəsində qalacağını bildirib. (Marja)