Vergi nəzarəti zamanı mövcud olmayan və ya əskik gələn malların nə zaman təqdim edildiyi məlum olmadıqda, vergilər hansı dövrə hesablanır?
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, vergi hüququ üzrə ekspert, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev mövzunu şərh edərkən sahibkarlar üçün mühüm əhəmiyyət daşıyan məqamlara aydınlıq gətirib. Qeyd edib ki, 2019-cu il 1 yanvar tarixinədək həyata keçirilən operativ vergi nəzarəti tədbirləri, eyni zamanda səyyar vergi yoxlamaları zamanı vergi ödəyicisinin vergi orqanındakı uçot-baza məlumatlarında olan mallarının faktiki mövcud olmaması və ya əskik gəlməsi halında vergilərin hesablanma dövrü mübahisələr yaradırdı və bir çox hallarda vergi ödəyiciləri bundan öz xeyirlərinə yararlana bilirdilər.
Eləcə də bax: Bu sahədə işləyənlər nazirlərdən çox maaş alırlar - MƏBLƏĞ
Vergi hüququ üzrə ekspert Sirac Piriyev
2019-cu ildən Vergi Məcəlləsinə əlavə edilmiş 67.15-ci maddəyə əsasən, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı və ya əskik olduğu aşkar edildikdə, vergilər "həmin halın aşkar edildiyi hesabat dövrü üzrə", səyyar vergi yoxlaması zamanı isə "yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə" hesablanır.
Mənzərəni aydınlaşdırmaq üçün misala müraciət edək: Tutaq ki, ƏDV ödəyicisi olan "A" MMC 2019-cu ilin fevral ayında rəsmi qaydada 200 ədəd televizor alıb. Uçot-baza məlumatlarına əsasən, həmin ilin fevral, mart və aprel ayları ərzində 50 ədəd mal satılıb. Aprel ayının sonunda həyata keçirilən nəzarət tədbiri zamanı müəssisənin anbarında 25 ədəd televizorun qaldığı aşkar edilibsə, bu zaman yeni norma əskik gələn mallara (150 – 25 = 125) 2019-cu ilin aprel ayı üzrə hesablama aparmaq hüququ verir.
Ekspert bildirib ki, bu halda "A" MMC-yə - Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş qaydada malları təqdim etmədiyi üçün - bu hal təqvim ilində ilk dəfə baş veribsə, malların satış qiymətinin 10 faizi, ikinci dəfə olduqda 20 faizi, üç və daha çox olan halda isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək