“Uçot dərəcəsinin 1 faiz bəndi artımı və ya azalması, fiziki şəxslərin depozitlərini 0,4 faiz bəndi eyni istiqamətdə dəyişir”.
Mərkəzi Bankın sədri: Makroiqtisadi sabitliyə ciddi risk görmürük - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Mərkəzi Bankın idarə heyətinin sədri Taleh Kazımov mətbuata müsahibəsində deyib.
Sədr bildirib ki, həm artım istiqamətində uçot dərəcəsi dəyişibsə, həm də azalanda, onun depozitlərə təsiri 3 ay ərzində baş verir:
“Yəni bizim pul siyasətimizin əsas lövbəri sabit məzənnə rejimidir, dəstəkləyici isə bizim faiz kanalımızdır, uçot dərəcəmizdir”.














