Fiziki şəxslərdən və hüquqi şəxslərdən cəlb edilmiş yeni depozitlər üzrə faiz dərəcələri ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 0,5 və 0,3 faiz bəndi azalıb.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə də, kreditlər üzrə də oxşar dinamika müşahidə olunur.:
"Fiziki və hüquqi şəxslərə verilmiş yeni kreditlər üzrə faiz dərəcələri müvafiq olaraq 0,2 və 0,3 faiz bəndi enib".
"Nəzərə alsaq ki, bu faizlər digər ölkələrlə müqayisədə bizim üçün məqbul hesab olunur, bunu müsbət dinamika kimi qiymətləndirmək olar", - deyə o, əlavə edib.














