Ötən ilin ikinci yarısında uçot dərəcəsinin azaldılması yeni verilmiş kreditlərdə özünü göstərir.
Yeni depozit və yeni kredit faizlərində azalmalar qeydə alınıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən ilin ikinci yarısında hüquqi şəxslərə verilmiş kreditlərdə orta faiz dərəcəsi 0,91% azalma müşahidə olunub: "Kredit faizlərinin kəskin azalması üçün bir çox səbəb lazımdır. Bizim uçot dərəcəsi sıfır riskli olan faiz dərəcəsidir. Verilmiş kreditlərin üzərində maya dəyəri, kredit riski marjası, bankın əməliyyat xərcləri və s. gəlir.
Yəni uçot dərəcəsi 6,75%-dir kreditlər 10,75% olmalıdır deyə şey yoxdur. Son 6 ay çox qısa müddətdir və bu özünü artıq göstərir".










