Türkiyədə qiymət artımının illik səviyyəsi rekord həddə çatıb.
FED.az-ın xarici mətbuata istinadən məlumatına görə, avqust ayında bu ölkədə illik inflyasiya 17,9% təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 2,05 faiz bəndi çoxdur. Həmin göstərici son 15 il üzrə ən yüksək həddir.
Vəziyyətlə əlaqədar bəyanat verən Türkiyə Mərkəzi Bank qiymətləri sabit saxlamaq üçün bütün tədbirlərin görüləcəyini bəyan edib:
“Bu ay keçiriləcək Monetar Siyasət Şurasının iclasında yeni maliyyə siyasəti müəyyən ediləcək”.
Xatırladaq ki, Türkiyədə böhran ABŞ prezidenti Donald Trampın qərarı ilə bu ölkədən idxal edilən alminuma vergi tətbiq edilməsindən sonra başlanılıb.
Türkiyə yeni maliyyə siyasətinə keçə bilər

23:55
3 Sen 2018