Prezident Ərdoğan tərəfindən Xəzinə və Maliyyə Naziri vəzifəsinə təyin edilən Mehmet Şimşək nazirlikdə təşkil edilən mərasimdəə vəzifəni keçmiş nazir Nurəddin Nebatidən təhvil alıb.
FED.az xəbər verir ki, çıxışında ən vacibinin zərrə qədər tərəddüd etmədən millət birlikdə mübarizəni davam etdirmək olduğunu ifadə edən Nebati, "Yolumuza eyni şəkildə davam edəcəyik. Bu mübarək səfərdə üzərimizə götürdüyümüz hər bir vəzifə vəzifələr olub. millətimizə xidmət eşqi ilə həyata keçiririk”-deyib.
Türkiyənin artıq keçmiş maliyyə naziri Nurəddin Nəbati mətbuat konfransındakı çıxışında, indiyədək ölkəyə xidmət etmək imkanı və etimadına görə, prezident Ərdoğana təşəkkür edib və yeni nazirə uğurlar arzulayıb.
«Prezidentin rəhbərliyi ilə 3 dəfə millət vəkili, xəzinə və maliyyə nazirinin müavini, xəzinə və maliyyə naziri kimi bir sıra vəzifələri ən yaxşı şəkildə icra etmək üçün var gücümü sərf etdim»-deyə keçmiş nazir bildirib.
O bildirib ki, «son 5 ildə həm beynəlxalq aləmdə baş verən proseslər nəticəsində qarşılaşdığımız problemləri həll etmək, həm də yerli və milli istehsal iqtisadiyyatını inkişaf etdirmək üçün çalışdıq. Bu müddətdə çiyin-çiyinə çalışdığımız Nazirlər Kabinetinin üzvlərinə, müavinlərimə, əməkdaşlarımıza, millətmizə və ailəmə təşəkkür edirəm»-deyə keçmiş nazir bildirib.
Nəbati bildirib ki, yeni nazirin uğurlu olacağına əmindir: «Hörmətli nazirin yeni dönəmdə uğurlu olacağına inamım sonsuzdur. Türkiyə üçün yola davam. Türkiyə maliyyə naziri kimi vəzifəni üzərinə alan Mehmet Şimşəkə təşəkkür edirəm».
Yeni nazir Mehmet Şimşək də etimada görə prezident Ərdoğana təşəkür edib, eləcə də dünyadakı böhran dövründə, üstəlik də zəlzələdən sonra ölkənin qarşılaşdığı problemlərin həllində böyük qüvvə sərf edən maliyyə nazirinə təşəkkür edib.
O bildirib ki, bu dövrdə investisiyalar, ixracat və istehsal sahəsində mühüm nəticələr əldə edilib: «Bu uğurlarda əməyi olan nazirimizi təbrik edirəm» – deyə Şimşək bildirib