2021-ci ildə fiziki şəxslər tərəfindən Türkiyədən Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 107,767 mln. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Lirənin məzənnəsi yüksək təzyiq altında: Türkiyə faizlə bağlı - Hansı Qərarı Verəcək?
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2020-ci illə müqayisədə 41,1% çoxdur.
2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycandan Türkiyəyə göndərilən pul transfertlərinin həcmi isə 181,483 mln. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 54,5% çoxdur.
Qeyd edək ki, Türkiyədən Azərbaycana göndərilən transfertlərinin ölkəyə ötən il daxil olmuş pul baratlarının 9,5%-ni təşkil edib. (Apa)